ABŞ-ın Kentukki ştatında güclü yağışlar səbəbiylə meydana gələn sel fəlakətində can itkisinin 35-ə yüksəldiyi açıqlanıb.
Yenisabah.az xəbər verir ki, ABŞ-ın cənub-şərqindəki Kentukki ştatında iyulun 26-da başlayan leysan yağışların səbəb olduğu sel fəlakətindən sonra axtarış-xilasetmə işləri davam edir. Kentukki ştatının qubernatoru Andy Beşar mətbuat konfransında indiyə qədər təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 35-ə yüksəldiyini, təbii fəlakət zamanı 50-dən çox körpünün zədələndiyini və buna görə də su basmış bəzi yaşayış məntəqələrinə getmək mümkün olmadığını bildirib. Pepperoni pizza
Telegram kanalımız