ABŞ-də tibbi təyyarə yerə çırpıldı, göyərtədəki hər kəs həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də tibbi təyyarə yerə çırpıldı, göyərtədəki hər kəs həlak oldu

Dünya

15 May 2026 00:15 132


ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb.

Hadisə Ruidoso şəhəri yaxınlığında baş verib. pizza sifarişi

Rəsmilərin sözlərinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan dörd nəfərin heç biri sağ qalmayıb. Linkoln dairəsinin rəhbəri Ceyson Berns qəzanın səbəblərinin hələlik məlum olmadığını bildirib.

Təyyarənin düşdüyü ərazidə güclü yanğın başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına əsasən, alov təxminən iki hektar sahəni əhatə edib. Hadisə yerində xilasetmə və istintaq qrupları işləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!