"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) bir sıra aktyorlarla bağlandığı əməkdaşlıq müqaviləsi ilə bağlı narazılıqlara aydınlıq gətirib.
Qurumdan “Yeni Sabah”a verilən açıqlamada qeyd olunub ki, AzTV digər kanallar kimi veriliş və bədii-sənədli layihələr üçün aktyorlarla müqavilələr bağlayır və bu əməkdaşlıq illərdir davam edir:
"Hər kanal kimi QSC kanalları da müxtəlif verilişlərin çəkilişi üçün aktyorlarla müqavilə bağlayır və bədii-sənədli filmlər, verilişlər hazırlayır. Yazıda adları qeyd olunan həmin aktyorlarla artıq 5 ildən çoxdur ki, əməkdaşlıq edirik. İstər "Əslində biz" layihəsi, istərsə də bədii filmləri biz məhz aktyorlarla hazırlayırıq. Bu proses 5 ilə yaxındır ki, davam edir. O cümlədən, "Məhşər" , "Səssiz səslər" kimi verilişlər üzrə də aktyorlarla əməkdaşlığımız olub. Odur ki, proses bu gün başlamayıb ki, ondan da şou düzəldilsin. Ciddi mövzu odur ki, QSC Efiopiyadan maraqlı film hazırlayıb, "Uzun Həsən" filminin anonsu efirə təqdim olunub və yaxın zamanlarda efirdə olacaq. Odur ki, sevimli aktyorlarla bundan sonra da birgə işlər görərək maraqlı layihələr hazırlayacağıq". pizza
Əsmətxanım Rzazadə
Telegram kanalımız