Paşinyan hərbi paradda nələr nümayiş etdirəcək? -   SENSASİON DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hərbi paradda nələr nümayiş etdirəcək? - SENSASİON DETALLAR

Dünya

14 May 2026 18:01 271


Mayın 28-də Ermənistanda hərbi parad keçiriləcək. Bu, İrəvanın 2020-ci il müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabarın 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra ilk genişmiqyaslı hərbi tədbiri olacaq. Başqa sözlə, Baş nazir Nikol Paşinyan iki ağır və sarsıdıcı məğlubiyyət, darmadağından sonra ilk dəfə ordusunu “günü üzünə” çıxaracaq. Bəs görəsən, malik olduğu hərbi texnikanın böyük hissəsi Bakıdakı Hərbi Qənimətlər Parkında saxlanılan Ermənistan paradda nələr nümayiş etdirəcək? Bu paradın məqəsədi nədir?   

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, bu parad Azərbaycana qarşı hərbi güc nümayişi deyil və daha çox Ermənistanın daxili siyasi gündəminə yönəlib. 

“Paşinyanın bu hərbi paradından Azərbaycana qarşı hansısa ciddi təhlükə və ya güc nümayişi gözləmək doğru deyil. Bu parad daha çox Paşinyanın seçki öncəsi öz tərəfdarlarını toplamaq və daxili auditoriyaya mesaj vermək məqsədi daşıyan siyasi tədbirdir. Ona görə də bu məsələyə əsasən Ermənistanın daxili siyasətinin bir hissəsi kimi baxmaq lazımdır”. pizza mizza

Ekspertin sözlərinə görə, Ermənistanın hərbi baxımdan Azərbaycan Ordusunun səviyyəsinə çatması üçün uzun illər tələb olunur:

“Ermənistan yeni müharibədən çıxıb və həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə zəifləyib. Bu baxımdan onların Azərbaycan Ordusunun səviyyəsinə çatması qısa müddətdə mümkün görünmür”.

Üzeyir Cəfərov qeyd edib ki, İrəvan son illərdə müxtəlif ölkələrdən aldığı silahlar arasında müasir nümunələr olsa da, ümumi mənzərədə Azərbaycan Ordusu daha üstün mövqedədir:

“Ermənistanın Hindistandan, Fransadan, Çindən və digər ölkələrdən aldığı silahlar var. Amma texnologiya, silahlanma və sursat baxımından Azərbaycan Ordusu daha üstün vəziyyətdədir. Bu fərqin aradan qalxması üçün uzun illər lazımdır”.

Hərbi ekspert vurğulayıb ki, hərbi paradların keçirilməsi normal haldır və bunu yalnız Ermənistanın daxili siyasi kontekstində qiymətləndirmək lazımdır:

“Azərbaycan da dəfələrlə hərbi paradlar keçirərək öz gücünü nümayiş etdirib. Ermənistanın hazırkı paradını da məhz bu kontekstdə dəyərləndirmək lazımdır”.

Aytəkin Əzizqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!