"Vaşinqton və Pekin arasında aparılan danışıqların nəticəsi olaraq, Çin ABŞ-nin "Boeing" şirkətindən 200 təyyarə sifariş etməyi planlaşdırır".
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
"Biz bir çox məsələni müzakirə etdik, hamısını sadalamaq belə mümkün deyil. Çox uğurlu görüş keçirdik və müəyyən istiqamətlərdə mühüm irəliləyiş əldə etdik. Razılaşdırılan qərarlardan biri məhz 200 təyyarənin sifariş edilməsidir. Bu, çox böyük hadisədir. "Boeing" 150 təyyarə satmağı nəzərdə tuturdu, lakin nəticədə bu rəqəm 200-ə çatdı. Bu isə minlərlə yeni iş yeri deməkdir. Düşünürəm ki, bu, sadəcə bəyanat deyil, artıq ciddi bir öhdəlikdir", - deyə Ağ Ev rəhbəri vurğulayıb./Oxu.az pizza hut
Telegram kanalımız