Kiyevdə matəm elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə matəm elan olundu

Dünya

14 May 2026 18:15 114


Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

“Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, — mer bildirib. pizza

Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.

Hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!