Tanıdığı qadını öldürməyə cəhd edən şəxsin məhkəməsində şahidlər danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tanıdığı qadını öldürməyə cəhd edən şəxsin məhkəməsində şahidlər danışdı

Kriminal

14 May 2026 19:02 98


Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri ilə işini davam etdirib.

Tünzalə Əliyeva ifadəsi zamani bildirib ki, təqsirləndiriləni realda tanımır: Dördpendirli pizza

"Onun fotosunu zərərçəkmiş Cahanın telefonunda görmüşdüm. Mən otağa girəndə içəri qan idi. Qışqıraraq ətrafdakıları köməyə çağırdım".

Daha sonra şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilib:

"Samir əvvəlcə Cahana özünü subay birisi kimi təqdim edib. Lakin Cahan onun evli olduğunu biləndən sonra aralarında narazılıq yaranıb və üç ay içində münasibətləri pisləşib. Mənim nömrəmi tapıb "WhatsApp"da yazmışdı ki, əgər Cahan ondan ayrılsa, onu öldürəcək".

Şahid onu da əlavə edib ki, zərərçəkmiş ondan 3 000 manat borc alıb:

"Mənə dedi ki, pul lazımdır və sən bankdan pul götür mənə ver. Bildirdi ki, narahat olma vaxtlı-vaxtında özü ödəyəcək. Mənə dedi ki, bu pul ona Samirin işlərini daha da ağırlaşdırmaq üçündür və bəzi yerlərə ödənişlər edəcək. Zərərçəkmiş pulu qaytarmayıb və indi o ödənişləri 7 aydır mən ödəyirəm".

"Cahan təzə işə başlamışdı. Samir içəri girəndə dərhal onun üstünə şığıdı. Samirin əlində hər hansı bir kəsici-deşici alət görməmişəm. Mən təqsirləndirilən şəxsin arxasına keçib yumruq və təpik zərbələri endirdim. Lakin bu zərbələr ona təsir etmədi", - deyə digər şahid Ömər Muradov ifadəsində bildirib.

Daha sonra sübutların tədqiqinə başlanılıb. Tədqiq zamanı məlum olub ki, təqsirləndirilən şəxs polisə könüllü təslim olmayıb.

Lakin təqsirləndirilən şəxsin vəkili vəsatət verərək bildirib ki, müvəkkilini saxlayan Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə sorğu yollanılsın. Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Samir Həsənova qarşı 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!