ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran sahillərindəki hərbi obyektlərə endirdiyi zərbələrin görüntülərini yayıb.
"Yeni Sabah" xəbər verir ki, CENTCOM "X" sosial şəbəkəsində paylaşdığı videoda kamikadze su dronlarından istifadə edildiyi bildirilir.
"Dünən CENTCOM qüvvələri birtərəfli hücum üçün nəzərdə tutulmuş bir neçə pilotsuz aparatdan istifadə edərək İranın sualtı qayıqlar və gəmilərə texniki xidmət göstərən obyektinə uğurla zərbə endirib. Toyuqlu pizza
"Corsair" tipli üç pilotsuz suüstü aparat Bəndər-Abbas hərbi dəniz bazasının limanına hücum edib ki, bu da ABŞ qoşunlarının dənizdə bu növ vasitələrdən istifadə etdiyi ilk hal olub", - deyə paylaşımda vurğulanıb./Oxu.az
Telegram kanalımız