ABŞ İranın aviasiya sektoru ilə əlaqədar 36 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı bəyanatda bildirilib.
Sanksiyalar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "Economic Outcast" ("İqtisadi blokada") əməliyyatı çərçivəsində tətbiq edilib. İddiaya görə, həmin şəxslər silah, şəxsi heyət və qeyri-qanuni yüklərin daşınmasında Tehranı dəstəkləyirlər. pizza mizza
Xüsusilə, OFAC sanksiya siyahısına 27 İran aviaşirkətini, o cümlədən "Iran Air Tour", "Iran Aseman Airlines", "Kish Airlines", "Qeshm Air", "Saha Airlines", "Sepehran Airlines", "Varesh Airlines" və "Zagros Airlines" şirkətlərini daxil edib.
"Bu gün biz "Mahan Air"i dəstəkləməyə davam edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməklə vədimizi yerinə yetirdik. Qoy bu, qalan İran aviaşirkətləri ilə biznes aparan hər kəs üçün xəbərdarlıq olsun - siz qlobal maliyyə sistemindən təcrid olunmaq riski ilə üzləşirsiniz", - ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
OFAC həmçinin ABŞ tərəfinin iddiasına görə, "Mahan Air"in silahların yayılması, terror təşkilatları ilə əlaqəli əməliyyatlar və ABŞ istehsalı olan təyyarələrin qeyri-qanuni satın alınması ilə bağlı fəaliyyətinə kömək edən üçüncü ölkələrin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib.
Bundan əlavə, ABŞ İran aviasiyası ilə əlaqəli üç icazənin qüvvəsini dayandırıb. Onlar xüsusilə İran ərazisi üzərindən uçuş hüququna, eləcə də xarici aviaşirkətlərin Amerika istehsalı olan və ya ABŞ-ın nəzarəti altında olan kommersiya təyyarələri ilə İrana uçuşlar həyata keçirmək imkanlarına aid idi./Report
Telegram kanalımız