ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi 2027-ci maliyyə ili üçün Daxili Təhlükəsizlik, Dövlət Departamenti və Əlaqəli Proqramların Səlahiyyətləndirilməsi Qanun Layihəsini qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsi Cənubi Qafqaz ölkələrinə genişləndirilmiş maliyyə yardımını nəzərdə tutur.
Sənəddə Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu (TRIPP) layihəsinin həyata keçirilməsinə toxunularaq deyilir:
"Komitə ABŞ-nin Cənubi Qafqazda davamlı sülhün təşviqi, eləcə də region ölkələrinin təhlükəsizliyinin və rifahının gücləndirilməsi səylərini qətiyyətlə dəstəkləyir".
Qanunun qəbulundan sonra ABŞ dövlət katibi 90 gün ərzində TRIPP proqramı çərçivəsində vəsaitlərin ayrılması və görülən tədbirlər barədə ətraflı hesabatı Konqresə təqdim etməlidir. Bu hesabatda investisiya maliyyələşdirməsi təmin edənlər də daxil olmaqla, icraçı tərəfdaşlar müəyyən edilməli və TRIPP proqramının qurulmasına, inkişafına və uğurlu fəaliyyətinə dəstək verməkdə İnkişaf Maliyyə Korporasiyası (DFC) və Ticarət və İnkişaf Agentliyi kimi digər müvafiq federal qurumların rolunu təsvir etmək lazımdır.
Telegram kanalımız