Məktəbli qız küçədə döyüldü -   Sevgilisi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli qız küçədə döyüldü - Sevgilisi saxlanıldı

Hadisə

31 Oktyabr 2026 15:27 95


Sumqayıtda məktəbli qız küçədə döyülüb.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.

18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Dördpendirli pizza

Faktla bağlı S.Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Musayev məsuliyyətdən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!