COP18 bu ölkədə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

COP18 bu ölkədə keçiriləcək

Dünya

31 Oktyabr 2026 15:52 103


Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-nin yekun plenar iclasında keçirilmiş gizli səsvermənin nəticələrinə əsasən təsdiqlənib. Marqarita pizza

"COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi prosesində Ekvador Respublikası Bioloji Müxtəliflik üzrə Konvensiyanın 18-ci Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib", - deyə A.Matevosyan qeyd edib.

Konfransın sonuncu günündə çıxış edən nazir onu da bildirib ki, COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə qədər qərar qəbul edilib.

Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabr ayının 19-dan 30-dək İrəvan şəhərində keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!