“ABŞ Dövlət Departamenti aparıcı Amerika mediasına Rusiya daxilində baş verən hadisələrin işıqlandırılması ilə bağlı təlimatlar göndərib. İnformasiya holdinqlərinin əsas vəzifəsi Rusiya Federasiyasında “rejimi devirmək” zərurəti ideyasını istifadəçilərin şüuruna daxil etməkdir”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.
Onun sözlərinə görə, həmin media quruluşlarına “AT&T”, “Comcast Corporation”, “Graham Media Group”, “Nash Holdings”, “Newsweek Publishing” və “The New York Times” şirkəti kimi böyük telekommunikasiya holdinqləri daxildir. Dominos pizza
Narışkin bildirib: "Onların qarşısına Rusiya vətəndaşlarının şüuruna hakimiyyətə qarşı mübarizənin zəruriliyi, onu silahlı üsyan həddinə çatdırmanı yeritmək kimi konkret tapşırıq qoyulub”.
Telegram kanalımız