ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazdı

Dünya

15 İyul 2026 19:50 67


ABŞ-nin sabiq prezidenti Co Bayden dövlət başçısı postundakı fəaliyyət dövrünə həsr olunmuş kitab yazdığını bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağ Evin keçmiş rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.

Xatirələr "Mənə söz ver, Amerika" adını alıb. Kitabın noyabrın 17-də işıq üzü görəcəyi planlaşdırılsa da, oxucular indidən sifariş etmək imkanına malikdirlər. pizza mizza

"Prezidentliyim haqqında kitab yazdım. Onun adı "Mənə söz ver, Amerika"dır", - deyə Bayden bildirib.

Gözlənilir ki, sabiq dövlət rəhbəri yeni nəşrdə Ağ Evdə keçirdiyi dörd il, seçkiqabağı kampaniyası, ikinci müddətə namizəd olmaq qərarı və ardınca prezidentlik yarışını tərk etməsi barədə təfərrüatı bölüşəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!