Gənclər arasında işsizlik səviyyəsinə görə Avropada neçənci yerdəyik?

saytların hazırlanması

Evə çatdırılma

Gənclər arasında işsizlik səviyyəsinə görə Avropada neçənci yerdəyik?

Sosial

16 Oktyabr 2026 10:51 98


Avropada gənclərin iş tapmaq imkanları ölkələr üzrə ciddi fərqlənir.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) və Məşğulluq Hüquqları İnstitutunun məlumatları əsasında hazırlanan siyahıda 31 Avropa ölkəsində gənclər arasında işsizlik səviyyəsi müqayisə edilib.

2026-cı ilin avqust ayına olan göstəricilərə görə, Rumıniyada 25 yaşdan aşağı şəxslər arasında işsizlik səviyyəsi 30,8 faiz olduğu halda, Almaniyada bu göstərici 7,4 faiz təşkil edib. pizza

Estoniyada bu göstərici 28,4 faiz, İsveçdə 23,8 faiz, Finlandiyada 23,3 faiz, İspaniyada isə 22,7 faiz olub.

Fransa və İtaliyada da gənclər arasında işsizlik səviyyəsi 20 faizi ötüb. Bu göstərici Fransada 20,6 faiz, İtaliyada isə 20,3 faiz təşkil edib.

Ən aşağı göstərici Almaniyada qeydə alınıb. Niderlandda gənclər arasında işsizlik səviyyəsi 8,8 faiz, İsveçrədə 9 faiz, Maltada isə 9,7 faiz olub.

Son bir ildə İspaniyada gənclər arasında işsizlik səviyyəsi 2,3 faiz bəndi azalıb, Fransada isə 1,2 faiz bəndi artıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin  açıqladığı son məlumata görə, Azərbaycanda 14-29 yaşlı gənclər arasında işsilik səviyyəsi 8,4% olub. Azərbaycanda iqtisadi fəali əhali arasında gənclərin payı 1 milyon 184,5 min nəfər olub və onların 99 min nəfərini işsizlər təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!