ABŞ ordusuna aid məxfi məlumatlar yayıldı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ordusuna aid məxfi məlumatlar yayıldı

Dünya

18 İyul 2023 12:28 798


ABŞ ordusuna məxsus məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. 

Bildirilib ki, ABŞ ordusuna aid domen Mali respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.  pizza hut

Elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksək rütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub. 

Pentaqonun mətbuat katibi Tim Qorman məlumatı təsdiqləyib. O, əlavə şərh verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!