ABŞ Rusiya Prezidenti Vladimir Putini dekabrın 14-15-də Mayamidə keçiriləcək "Böyük İyirmilik" (G20) sammitinə dəvət edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.
"Biz Prezident Putini G20 sammitinə dəvət etmişik. Hesab edirik ki, bu, onun üçün təkcə Prezidentlə deyil, digər dünya liderləri ilə də ünsiyyət qurmaq imkanıdır", - deyə o bildirib. Dominos pizza
Rubio həmçinin sammit çərçivəsində Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün mümkünlüyünü istisna etməyib və ABŞ-nin Rusiya ilə dialoqa açıq olduğunu vurğulayıb.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton Rusiya liderinin dəvəti qəbul edəcəyinə ümid edir. O qeyd edib ki, Birləşmiş Ştatlar Putinin G20-yə dəvət olunmasını Rusiyanın təkcə ABŞ ilə deyil, digər ölkələrlə də dialoq aparması üçün fürsət kimi qiymətləndirir./Oxu.az
Telegram kanalımız