ABŞ təyyarəsi Bakıda məcburi eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ təyyarəsi Bakıda məcburi eniş etdi

Hadisə

23 İyun 2025 12:40 578


“American Airlines” aviaşirkətinə məxsus və Dehli-Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Yenisabah.az xəbər verir ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

"Boeing 787-9 Dreamliner" tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib. Dominos pizza

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də Bakıdan təyinat məntəqəsinə - London istiqamətində havaya qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!