Məşhur televiziya aparıcısı və iş adamı Acun Ilıcalı həyat yoldaşı Ayça Çağla Altunkaya ilə ilk dəfə necə görüşdüyünü açıqlayıb. Onun sözlərinə görə, ilk görüş romantik şəraitdə deyil, dostlarla birlikdə restoranda baş tutub.
“Yeni Sabah” xəbər verir ki, Acun Ilıcalı Berfu Yenenlerin “YouTube” kanalında yayımlanan “Talk Show Perileri” verilişinin qonağı olub. O, 2024-cü il sentyabrın 4-də evləndiyi Ayça Çağla Altunkaya ilə ilk görüşü barədə danışıb.
4 qız atası olan Ilıcalı həyat yoldaşı ilə ailə həyatını davam etdirir. Dördpendirli pizza
İlk görüşə çox adamın qatıldığını deyən Ilıcalı bildirib ki, üç həftəlik səfərdən qayıtdıqdan sonra Eser Yenenler və dostları ilə restoranda görüşməyi planlaşdırıblar. Həmin görüşə Ayça Çağla Altunkaya da gəlib.
“Romantik bir görüş deyildi. Daha çox tanışlıq xarakteri daşıyırdı. Çağla ilə mesajlaşmışdım, amma onu şəxsən tanımırdım. Ancaq görüş yaxşı keçdi. Oradakı 6 nəfərin hamısı onu bəyəndi”, – deyə Ilıcalı bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız