Acun Ilıcalı Pərvizə görə tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

Acun Ilıcalı Pərvizə görə tənqid olundu

Şou

08 Aprel 2020 23:47 2715


Ötən gün TV8 telekanalında yayımlanan “Survivor” yarışmasına azərbaycanlı kikboksçu Pərviz Abdullayev vida edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan Acun Ilıcalı bu səbəbdən xeyli tənqid olunub.

Ilıcalıya “Azərbaycan niyə səs vermədə iştirak edə bilmir”, “Az yarış qazanan Ezgi birinci, qalibiyyət göstərən Pərviz necə yarışdan uzaqlaşa bilər” kimi suallar ünvanlanıb. pizza mizza

Acun isə cavab olaraq bunları deyib:

"Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkənin vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi".  /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!