Körpənin dünyaya gəlməsinə hazırlaşarkən valideynlərin qarşısında iki vacib seçim dayanır: uşaq arabası və avtokreslo. Bu alışları hamiləliyin ikinci və ya üçüncü trimestrində planlaşdırmaq daha rahatdır. Çünki avtomobil oturacağı körpəni doğum evindən evə aparan ilk səfərdən etibarən lazım olacaq.
Yeni doğulmuş körpə üçün hansı uşaq arabası uyğundur?
İlk aylarda körpə üçün düz, möhkəm səthə malik beşik bloku rahat seçimdir. Alternativ olaraq, istehsalçı tərəfindən doğuşdan istifadəyə uyğun olduğu göstərilən modellərə də baxmaq olar. Klassik modellərlə yanaşı, 2-si 1-də və 3-ü 1-də komplektasiyalar da mövcuddur. Adamex, Anex, CAM, Chicco, Doona, Easywalker, Kidilo, Peg Perego və QPlay kimi brendlər müxtəlif dizayn, funksionallıq və komplektasiya seçimləri təklif edir. 3-ü 1-də komplektlərə adətən beşik bloku, gəzinti bloku, avtokreslo və bu hissələrlə uyğun şassi daxildir. Online shopping Azərbaycan
Seçim zamanı ventilyasiya sistemi, yağış örtüyü və qatlanma mexanizminə diqqət yetirin. Yaxşı kolyaska seçərkən yalnız görünüşünə deyil, gündəlik istifadədə nə qədər rahat olduğuna da fikir verin. Kontakt.az-da müxtəlif uşaq arabası modelləri ilə tanış olmaq mümkündür.
Təkərlər, çəki və ölçülər: gündəlik rahatlığı unutma
Yaşadığınız ərazidə yollar hamar deyilsə, iri təkərlər və keyfiyyətli amortizasiya daha rahat hərəkət etməyə kömək edəcək. Kiçik təkərlər isə şəhər daxilində və dar məkanlarda manevr etməyi asanlaşdırır. Alışdan əvvəl şassinin çəkisini, qatlanmış vəziyyətdə ölçülərini yoxlayın. Həmçinin liftin enini və avtomobilinin baqaj həcmini nəzərə alın. Beləliklə, arabanı hər dəfə daşımaq, qatlamaq və avtomobilə yerləşdirmək daha asan olacaq.
Avtokreslo: təhlükəsizlik ilk gündən başlayır
Yeni doğulmuş körpə üçün avtokreslo seçərkən onun doğuşdan istifadəyə uyğunluğunu yoxlayın. Köhnə təsnifatda 0+ qrupu, daha yeni UN R129 sistemində isə i-Size tələblərinə uyğun modellərə rast gəlmək olar. R129 standartı uşağın boyuna əsaslanan təsnifat və yan zərbədən qoruma tələblərini nəzərdə tutur. Körpə avtomobildə arxaya baxan vəziyyətdə daşınmalıdır. UN R129 standartına uyğun kreslolarda bu mövqe ən azı 15 aylığa qədər tələb olunur; daha uzun müddət istifadə isə kreslonun icazə verdiyi boy və çəki hədlərindən asılıdır. ISOFIX sistemi kreslonun xüsusi baza vasitəsilə avtomobilə bərkidilməsini asanlaşdırır, lakin uyğun modellər təhlükəsizlik kəməri ilə də quraşdırıla bilər. Beşnöqtəli kəmər olan modellərdə qayışlar körpəni oturacaqda sabit saxlamağa kömək edir. İstənilən halda kəmərlər istehsalçının təlimatına uyğun bağlanmalıdır. Avtokreslo seçərkən sertifikat və avtomobilə uyğunluq yoxlanmalıdır.
Nəyə qənaət etmək olar, nəyə yox?
Körpənin təhlükəsizliyinə birbaşa təsir edən avtokreslonu yeni almaq daha etibarlı seçimdir. İkinci əl modelə baxırsınızsa, onun qəza tarixçəsinin, vəziyyətinin və istehsalçı tələblərinə uyğunluğunun dəqiq məlum olması vacibdir. Əvvəlki istifadə tarixçəsi məlum olmayan kreslonun zədələnmə və qəza keçirmə ehtimalını qiymətləndirmək çətindir. Uşaq arabaları seçəndə isə dizayn əvəzinə möhkəm şassi, rahat qatlanma və keyfiyyətli materiallara üstünlük verə bilərsiniz. Kontakt mağazalarında həm kolyaska, həm də usaq kreslosu modellərini müqayisə etmək mümkündür. Kontakt.az rəsmi saytında avto oturacaqlar bölməsi də müxtəlif seçimləri nəzərdən keçirməyə imkan yaradır.
Nəticə: İlk səfərdən başlayan qayğı
Uşaq arabası və avtokreslo seçərkən ilk növbədə körpənin rahatlığını və təhlükəsizliyini düşünün. Gündəlik ehtiyaclarına uyğun model seçsəniz, gəzintilər həm siz, həm də körpəniz üçün daha xoş keçəcək. Balacanız üçün ən uyğun seçimləri Kontakt.az-da kəşf edin!
Telegram kanalımız