ABŞ Prezidenti Donald Tramp İranla razılıq əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində yeni ildən sonra İrana qarşı hücumları bərpa etməyə meyilli olduğunu bildirib. ABŞ Prezidenti Tehranla uzunmüddətli razılıq əldə etmək istədiyini desə də, bu mümkün olmayacağı təqdirdə hərbi müdaxilənin yenidən gündəmə gələcəyinə işarə edib.
Danışıqların nəticəsiz qalmasında İranı günahlandıran Tramp qarşı tərəfin yalnız danışmaqla məşğul olduğunu iddia edib: “İranlılar daim danışırlar. Onların etdiyi yeganə şey danışmaqdır, amma dediklərinin hamısı boş söhbətdir”. Onlayn mağaza
Tramp Hörmüz boğazına tətbiq edilən dəniz blokadasından da danışıb. O, İranın blokadanı yarmağa cəhd etməsini gözlədiyini bildirib: “Ümid edirəm, İran tankeri blokadanı yarmağa cəhd edər. Onların hamısı İran donanması kimi dənizin dibinə gedəcək”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız