Simeonedən tarixi rekord

saytların hazırlanması

Evə çatdırılma

Simeonedən tarixi rekord

İdman

23 Noyabr 2026 09:38 42


“Atletiko Madrid”in "Xetafe" üzərində 3:0 hesablı qələbəsi klubun baş məşqçisi Dieqo Simeone üçün tarixi əhəmiyyət daşıyıb.

“Yeni Sabah” xəbər verir ki, argentinalı mütəxəssis bu nəticə ilə İspaniya La Liqası tarixində ən çox qələbə qazanan baş məşqçi adına sahib çıxıb.

Bu qarşılaşmaya qədər 344 qələbə ilə ispan futbolunun əfsanəvi çalışdırıcısı Luis Araqoneslə eyni göstəriciyə malik olan Simeone 345-ci qələbəsini rəsmiləşdirərək mütləq rekordun yeni sahibi olub. Bakıda online alış-veriş

Uzun illərdir “Atletiko Madrid”ə rəhbərlik edən “El Çolo” ləqəbli mütəxəssis bununla da La Liqa tarixinin ən uğurlu və titullu baş məşqçiləri sırasındakı mövqeyini daha da möhkəmləndirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!