İngiltərə Premiyer Liqasının 11-ci turunun mərkəzi görüşündə "Liverpul" öz meydanında əzəli rəqibi "Mançester Yunayted"i qəbul edib və qarşılaşmanı 4:0 hesablı böyük qələbə ilə başa vurub. Bu nəticə Maurisio Poçettinonun "Mançester Yunayted"dəki karyerasının uğursuz başlanğıcı kimi diqqət çəkib.
“Yeni Sabah” xəbər verir ki, görüşün əvvəlində qonaqlar çətin vəziyyətə düşüblər. 8-ci dəqiqədə Leni Yoro birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyünü dərhal dəyərləndirən "Liverpul" 10-cu dəqiqədə Dominik Soboslayın qolu ilə hesabı açıb, cəmi üç dəqiqə sonra, 13-cü dəqiqədə isə Rio Nqumohanın ötürməsindən sonra Florian Virts fərqi iki topa çatdırıb.
İkinci hissədə də üstünlüyünü davam etdirən meydan sahibləri 66-cı dəqiqədə Bredli Barkolanın ötürməsini qola çevirən Rio Nqumoha ilə hesabı 3:0-a yüksəldiblər. Oyunun sonlarına yaxın, 82-ci dəqiqədə isə Florian Virtsin ötürməsindən sonra Viktor Munyos görüşdə son nöqtəni qoyub. Onlayn mağaza
Beləliklə, "Liverpul" azarkeşləri önündə inamlı və darmadağınedici qələbə qazanıb, "Mançester Yunayted" isə əzəli rəqibi ilə prinsipial oyundan ağır məğlubiyyətlə ayrılıb.
Nazim Hacıyev
Telegram kanalımız