Ad günündə Tural Abbaslıya gözlənilməz etiraf: “Çox həyəcanlıyam...”

saytların hazırlanması

Evə çatdırılma

Ad günündə Tural Abbaslıya gözlənilməz etiraf: “Çox həyəcanlıyam...”

Siyasət

14 Sentyabr 2026 15:39 110


AĞ Partiya” sədri Tural Abbaslı ad gününü qeyd edir.

“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə onun həyat yoldaşı Nərmin Abbaslı sosial media hesabında paylaşım edərək həyat yoldaşını təbrik edib.

Nərmin Abbaslı paylaşımında Tural Abbaslıya sevgisini ifadə edərək onunla sağlam və xoşbəxt ömür arzuladığını bildirib: Pepperoni pizza

“Həyatıma yoldaş olaraq seçdiyim, sevdiyim adamın ad günüdür. Gələcəyin bizə nə gətirəcəyini bilməsəm də, indiyə qədər və indi onunla yaşadığım hər anın gözəl olmasını istəmişəm və həmişə buna çalışmışam. İnsan sevəndə bütün yaşamaq həvəsi onun gözlərindəki parıltı üçün olur. İstəyir ki, bütün varını, yoxunu, hər şeyini ona həsr etsin ki, sevdiyi insanın gözləri parıldasın.

Çox həyəcanlıyam və yazacağım, deyəcəyim bütün sözləri unutdum. Hazırda tək bildiyim, onu çox sevirəm. Allahdan onunla yaşayacağım sağlam, xoşbəxt və uzun bir ömür istəyirəm. Sevgilim, Allah səni qəlbindəki arzuları qismətinə yazsın və dünyada da, axirətdə də sevdiyi bəndələrindən etsin! Allaha sonsuz şükür içindəyəm”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!