Britaniyalı müğənni Adel 45 kq arıqlamağın sirrini açıb.
Yenisabah.az xəbər verir ki, “Vogue” moda jurnalına müsahibə verən Adel 2 il ərzində bunu idmanla etdiyini açıqlayıb:
“Hər şey mənim narahatlığımla başladı. Məşq edəndə vəziyyətimin yaxşılaşmağa doğru getdiyini gördüm. Arıqlamaq məqsədim yox idi, sadəcə güclənmək və telefonsuz daha çox vaxt keçirmək istəyirdim. Tezliklə idmana aludə oldum, indi hər gün idmanla məşğul oluram. pizza sifarişi
Səhərlər güc məşqləri edirəm, sonra gəzintiyə çıxıram və ya boksa gedirəm, axşam isə kardioya üstünlük verirəm.Arıqlamaq prosesimi sosial şəbəkələrdə paylaşmadığım üçün insanlar şoka düşür.
Cəmiyyət ulduzların həyatını İnstaqramda nümayiş etdirməsinə öyrəşib, amma başqalarının fikirləri məni qətiyyən maraqlandırmır”.
Telegram kanalımız