Çində xəstəxanaya adi bir şikayətlə müraciət edən 35 yaşlı kişinin ürəyində iynə aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, sidiyində qan görən və xəstəxanaya müraciət edən şəxsin müayinələri zamanı bədənində bir neçə metal yad cisim müəyyən edilib. Həkimlər xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində metal parçaları aşkarlayıblar. Ən təəccüblü nəticə isə ürəyin müayinəsi zamanı ortaya çıxıb.
Məlum olub ki, 36 millimetr uzunluğunda tikiş iynəsi ürəyə daxil olub və sol mədəciyə qədər uzanıb. pizza hut
Həkimlər yaranmış risklərə baxmayaraq yad cisimlərin əməliyyatla çıxarılmasına qərar veriblər. Hunan Dövlət Xəstəxanasında aparılan əməliyyat zamanı ilk olaraq ürəkdəki iynə çıxarılıb. Sidik kisəsində aşkarlanan digər metal cisimlərin isə sonrakı mərhələdə götürülməsi planlaşdırılıb.
Maraqlıdır ki, xəstə xəstəxanaya ürəyi ilə bağlı hər hansı şikayətlə deyil, sidiyində qan olması səbəbindən müraciət edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız