Tanınmış ailədən acı xəbər – Səfirlik başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış ailədən acı xəbər – Səfirlik başsağlığı verdi

Hadisə

12 Noyabr 2026 12:41 48


Birinci Qarabağ müharibəsi şəhidi Elşad Budaqovun atası Məcid Budaqov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Səfirliyin paylaşdığı başsağlığı mesajında bildirilib ki, Məcid Budaqovun oğlu Elşad Budaqov 29 avqust 1973-cü ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Onlayn mağaza

Orta məktəbi bitirdikdən sonra təhsilini Bakıda davam etdirən Elşad Budaqov 1992-ci ildə Daxili Qoşunların sıralarında hərbi xidmətə başlayıb. Həmin il sentyabrın 24-də Ağdərə istiqamətində gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!