"CyberCollab" təşəbbüsü çərçivəsində dövlət və özəl sektorda kibermaarifləndirmə və kibertəhlükəsizlik bacarıqlarının artırılması istiqamətində əldə olunan göstəricilər açıqlanıb.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “ Təhlükəsiz rəqəmsal mühit və süni intellektin təhlükəsiz istifadəsi” tədbirində çıxışı zamanı İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov məluma verib. Onun sözlərinə görə, bu günə qədər həyata keçirilən kibermaarifləndirmə proqramları çərçivəsində 78-dən çox dövlət qurumu və özəl şirkət əhatə olunub, ümumilikdə 15 minə yaxın əməkdaş təlimlərə cəlb edilib:
“Bundan əlavə, qurum və şirkətlərin rəhbər şəxsləri üçün xüsusi kibertəhlükəsizlik təlimləri təşkil olunub və bu proqramlarda 360-dan çox rəhbər şəxs iştirak edib. Sözügedən təlimlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları" (AZAL), Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), "AzFina" (Azərbaycan Fintex Assosiasiyası) və Azərbaycan Banklar Assosiasiyası (ABA) kimi qurumların nümayəndələri yer alıb”. Online shopping Azərbaycan
Cəlalə Cəlalqızı
Telegram kanalımız