Anri: “Barselona”da futbolu yenidən öyrəndim”

saytların hazırlanması

Evə çatdırılma

Anri: “Barselona”da futbolu yenidən öyrəndim”

İdman

12 Noyabr 2026 12:17 54


Tyerri Anri 2007-ci ildə "Arsenal"dan İspaniyanın "Barselona" klubuna transfer olunarkən qarşılaşdığı çətinliklərdən danışıb.

“Yeni Sabah” xəbər verir ki, həmin dövrdə artıq formalaşmış oyunçu olmasına baxmayaraq, o, Kataloniya təmsilçisinin oyun üslubuna uyğunlaşmaq üçün hər şeyə sıfırdan başlamalı olduğunu etiraf edib:

"Bildiyim və öyrəşdiyim hər şeyi bir kənara qoymalı, yeni sistemdə cinahda oynamağı yenidən öyrənməli idim. Bu çətindir, heç də asan deyil. Üstəlik, futbolçuların özlərinə xas bir futbol düşüncəsi var. Bunu belə izah edim: yuxarı sinfə keçir, amma özünü ibtidai sinif səviyyəsində hiss edirsən. Onlar 6 yaşından bəri eyni şeyi edirlər. Yəni öyrəndikləri dərs 6 yaşlarından bəri dəyişməyib. Elektronika məhsulları

Sən isə düşünürsən: “Bir dəqiqə, bildiyimə görə, futbol matçlarında, adətən, belə oynamırlar. Topu bu cür geri ötürmürük, normalda irəli gedirik. Bəs niyə geri qayıdırıq?” Bütün bunlara uyğunlaşmalı, sistemi başa düşməli və hər şeyə yenidən başlamalı idim".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!