Sabunçu və Abşeronda 20 min manatlıq oğurluq: 4 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu və Abşeronda 20 min manatlıq oğurluq: 4 nəfər saxlanıldı

Kriminal

12 Noyabr 2026 11:26 57


Bakının Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki,  Sabunçu rayonu ərazisində baş verən oğurluq hadisələri zamanı zərərçəkənlərə məxsus ümumi dəyəri 5 min manata yaxın olan məişət əşyaları talanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən 29 yaşlı N.Xəlilov saxlanılıb. Elektronika məhsulları

Abşeron rayonunda isə tikiş sexlərindən birindən 15 min manat dəyərində 50 min ədəd kisə oğurlanıb. Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!