Bakıda ət müəssisəsində şok yoxlama:   Görün nələr aşkarlandı?!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ət müəssisəsində şok yoxlama: Görün nələr aşkarlandı?!

Sosial

12 Noyabr 2026 11:03 60


Zabrat qəsəbəsində fəaliyyət göstərən ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb, müəssisənin fəaliyyəti dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X. Əliyev küçəsində yerləşən ət emalı müəssisəsində yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində müvafiq təsdiq olmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin mənşəyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı müəyyən edilib. Həmçinin müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Sərfəli qiymətə məhsullar

Faktla bağlı müəssisənin sahibi, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğlu barəsində inzibati protokol tərtib edilib. Toyuq ətindən götürülən nümunələr laborator müayinələrə göndərilib, məhsulların dövriyyəsi qadağan olunub.

Aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!