Etibar Əliyev müğənnini  hədəfə aldı: “Günah onu efirə çıxaranlardadır”

saytların hazırlanması

Evə çatdırılma

Etibar Əliyev müğənnini hədəfə aldı: “Günah onu efirə çıxaranlardadır”

Sosial

12 Noyabr 2026 12:26 70


Təhsil eksperti Etibar Əliyev müğənni Əli Mirəliyevin Xalq artisti Alim Qasımov haqqında səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, onun fukrincə, təqsir Əli Mirəliyevdə yox, onu mütəmadi olaraq teleekrana çıxaranlardadır:

"Görün okeanik istedada malik olan Alim Qasımov haqqında nələri danışır: “Alim mənə azan oxuyur, Xeyir ola, alə! Üzeyir Hacıbəyov azan yazıb? Xanəndə kimi oxu, dərviş kimi oxuyursan, biz dərvişik? Sən 7 muğamı niyə ağzına gələn kimi oxuyursan? Səndən sonra gələn qızın da elə oxuyur. Bədbəxt eləmisən o qızı,  gül kimi səsi vardı. Qızın azərbaycanlı kimi oxumur. Elnarə Abdullayevanı bədbəxt elədin, Mirələmi bədbəxt elədin. Siz xalqı bu günə saldığınıza görə mənə, Əli Mirəliyevə cavab verəcəksiniz”. Məişət texnikası

E.Əliyev bildirib ki, Əli Mirəliyev Alim Qasımovun bənzərsiz və möhtəşəm ifa etdiyi “Çahargah”, “Kürdü-Şahnaz, “Zabul Segah” “Rast” və digər muğamlara qulaq asmayıb:

“Geridə qalmış Qərbdə nitiqində qüsur olanları səsləri olsa belə, heç xora da götürmürlər, ahəng pozula bilər. Nitqi qüsurlu olanların özləri mahnı oxumaqdan könüllü imtina edirlər. Bu ictimai və mənəvi keyfiyyəti, məsuliyyəti  Əli Mirələmov kimilər dərk edə bilməzlər. Adamı o qədər ərköyünləşdirdilər ki, Alim Qasımovu aşağalmaq məqamına gəlib çatdı".

Xatırlatma: Əli Mirəliyev Xalq artisti Alim Qasımovu Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!