Afət Fərmanqızı Vətənə qayıdıb.
Müğənni Yenisabah.az-a eksklüziv açıqlamasında bildirib ki, Bakıya yenicə gəlib:
"Bakıya yeni gəlmişəm. Bir azdan Təranə Qumralgilə gedəcəm. Sabah da onların Qubada yeni tikilən evlərinin açılışı münasibətilə qonaqlıq var. Orada iştirak edəcəm. Qonaqlıqdan sonrakı gün başqa bir yaxın adamın ad günüdür. Orada da iştirak edəndən sonra geri qayıdacam. Məni axtaran, araşdırmaq istəyən, gəlib tapsın. Məni tutub saxlasınlar. Hətta, "TikTok" səhifəmdə də Bakıya gəlməyim barədə anons vermişəm. O vaxtı Azərbaycandan Rusiyaya gedəndə də səhifəmdə bu barədə anons vermişdim. Axtarışı olan adam necə başqa ölkəyə gedə bilər? Əgər, axtarışım var idisə, mən niyə saxlanılmadım? Arzuladıqları gözlərində qalsın, it hürər, karvan keçər". Pepperoni pizza
Müğənni yeni toy sezonuna hazırlaşdığını da deyib:
"Yeni toy sezonuna moda evlərinin birindən 10 yeni paltar sifariş vermişəm, sifarişlərimi də götürüb Rusiyaya qayıdacağam".
İmamət İSMAYILOVA
Telegram kanalımız