Ağ Evdə Tramp-Əliyev-Paşinyan görüşünün anonsu verildi

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdə Tramp-Əliyev-Paşinyan görüşünün anonsu verildi

Dünya

06 Avqust 2025 10:05 243


ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Yenisabah.az "Washington Post"a istinadla xəbər verir ki, bunu 2 yüksək vəzifəli Ağ Ev rəsmisi bildirib.

Bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Onun məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir. Dördpendirli pizza

Rəsmilərdən biri Cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!