Ağcabədidə 7 kiloqram narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə 7 kiloqram narkotik aşkarlandı

Kriminal

14 Fevral 2026 10:30 454


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb. pizza

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!