Ağdamda avtomobil 4 piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda avtomobil 4 piyadanı vurdu

Hadisə

19 İyun 2026 00:23 191


Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub. Toyuqlu pizza

Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür (bacıdır).

Xəsarət alanlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!