Himayədar ailə olmaq üçün Azərbaycanın rayonlarından da müraciət edənlər var.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda 10 uşaq himayədar ailələrdədir: pizza
"Biz hər gün uşaqlarla bağlı məlumat alırıq, onların durumunu öyrənirik.
Hazırda sosial qayğı müəssisələrində valideyn himayəsindən məhrum olmuş 1400-ə yaxın uşaq var. Biz onların ailə qayğısı ilə əhatə olunmasını vacib hesab edirik".
Telegram kanalımız