Ağsu aşırımında son durum

saytların hazırlanması

Evə çatdırılma

Ağsu aşırımında son durum

Rəsmi

21 Yanvar 2021 10:08 1202


Ölkə ərazisində havanın qeyri-sabit keçməsi avtomobil yollarında bəzi çətinliklər yaradıb.

“Yeni Sabah”ın məlumatına görə, Bakı-Şamaxı yolunun bəzi hissələrində buzlaşma müşahidə edilib. Yolun Ağsu dolayları və Muğanlı-İsmayıllı ərazilərində yollarda buz qatları əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti avtomobil yollarına da təsirini göstərib: "Dağlıq və dağətəyi ərazilərdə qarın yağması davam edir. Bununla əlaqədar avtomobil yollarında qısamüddətli problem yarana bilər. Hər hansı problem yaranarkən çalışırıq ki, bu problem aradan qaldırılsın. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə idarə etsinlər. Əks halda onların hərəkətinə müəyyən çətinliklər yaranacaq". pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!