“Avropa İttifaqı Moldovaya ölkənin sabitliyini möhkəmləndirmək üçün 1 milyard avroya yaxın vəsait ayırıb”.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Kişinyovda Moldova prezidenti Maya Sandu ilə görüşdən sonra bildirib.
Günün əvvəlində Avropa rəsmisi Buxarestə səfər edib və orada ölkə rəhbəri Klaus İohannis ilə Moldovaya təhlükəsizlik sahəsində yardımın göstərilməsi ilə bağlı məsələləri müzakirə edib. Dominos pizza
“Avropa İttifaqı bu çətin anlarda Moldova xalqı ilə tam həmrəydir. Siz tək deyilsiniz. Son bir il ərzində biz Moldovanın sabitliyini dəstəkləmək üçün 1 milyard avrodan çox vəsait topladıq”, – Mişel Maya Sandu ilə birgə brifinqdə bildirib.
Avropalı rəsmi Brüsselin Moldovaya müxtəlif növ dəstəklərini davam etdirəcəyini vurğulayıb.
“Biz daha çox şey etməyə hazırıq. Avropa Şurasının son iclasında 27 dövlətin başçısı Moldova xalqına güclü həmrəylik siqnalı göndərmək qərarına gəldi və biz Avropa Komissiyasından xahiş etdik ki, yay aylarına qədər ölkəniz üçün dəstək paketini təqdim etsin”, – Mişel bildirib.
Telegram kanalımız