Ajda Pekkan illərdir bunu edir - Gənc qalmasının sirrini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ajda Pekkan illərdir bunu edir - Gənc qalmasının sirrini açıqladı

Şou

13 Avqust 2026 18:40 108


Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan haqqında yayılan “gənclik iksiri” iddiasına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçinin Taylanddan 1 milyon 200 min lirəyə xüsusi gənclik iksiri gətirtdiyi barədə məlumat yayılıb. Ajda Pekkan isə bu xəbəri yumorla qarşılayaraq iddianı təkzib edib.

“Gənc qalmaq üçün Taylanddan 1 milyon 200 min lirəyə gənclik iksiri gətirtmədim. Mütləq bir iksir istəyirsinizsə, verim”, – deyə müğənni bildirib. pizza

Pekkan gənc görünməsinin əsas səbəbinin isə xüsusi preparat deyil, gündəlik həyat tərzi olduğunu deyib. O, təxminən 8 saat yatdığını və səhərlər günə ilıq su ilə başladığını qeyd edib.

Sənətçinin sözlərinə görə, ilıq suya bir çay qaşığı bəhməz əlavə edir, daha sonra isə bir qədər limon sıxaraq içir. Ajda Pekkanın açıqlaması onun uzun illərdir qoruduğu enerjili görünüşünün sirrini yenidən gündəmə gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!