Akif İslamzadə niyə Ağdama getməyib?   - Müğənnidən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Akif İslamzadə niyə Ağdama getməyib? - Müğənnidən açıqlama

Şou

13 Sentyabr 2021 12:33 1977


İşğaldan azad olunmuş ərazilərə indiyə qədər səfər etməyənlərdən biri də əslən Ağdamdan olan böyük sənətkar Akif İslamzadədir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı kult.az-a danışan Akif İslamzadə bildirib ki, səfəri təşkil edənlər də, həmin rayonlara gedənlər də azərbaycanlılardır:

“Əsas odur ki, torpaqlarımız azad olunub. Qoy gənclər getsin, biz estafeti gənclərə vermişik”. pizza sifarişi

O, azad olunmuş ərazilərimizə, eləcə də Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına dəvət alıb-almaması ilə bağlı sualı şərh etmək istəmədiyini bildirib.

Qeyd edək ki, Akif İslamzadənin anası, Xalq artisti Sara Qədimova əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindəndir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!