Lənkəranda yanğın: Üç ailə evsiz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda yanğın: Üç ailə evsiz qaldı

Hadisə

17 Noyabr 2026 18:13 80


Lənkəran şəhərində yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsi, 36 ünvanında qeydə alınıb.

Belə ki, təxminən 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evində qəfil yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. ShopByBro

Lakin alov qısa müddətdə evi bürüdüyündən sakinlər sənədlərini, geyimlərini və digər əşyalarını götürə bilməyiblər, bütün əşyaları yanıb. Nəticədə üç ailə evsiz qalıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!