Albaniyanın keçmiş prezidenti saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Albaniyanın keçmiş prezidenti saxlanıldı

Dünya

21 Oktyabr 2024 19:51 486


Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Koha" nəşri məlumat yayıb.

“SPAK İ.Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar"ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur”, - deyə məlumatda qeyd edilib. Toyuqlu pizza

İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.

O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!