Ali təhsil müəssisələrinə ixtisas seçimi sabah başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Ali təhsil müəssisələrinə ixtisas seçimi sabah başa çatır

Sosial

28 Avqust 2022 19:43 926


Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 29-u saat 09:00-dək davam edəcək.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 15:45-dək olan məlumata görə, 65 641 ərizə təsdiq edilib.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər. Sezar pizza

Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!