Azərbaycanın avtomobil bazarında həm alqı-satqı qiyməti münasib olan, həm az yanacaq işlədən, həm də ehtiyat hissələri asanlıqla tapılan modellərə tələbat həmişə yüksəkdir. Şəhər daxilindəki sıx tıxaclar və gündəlik istismar xərcləri sürücüləri daha büdcəyə uyğun seçim etməyə vadar edir. Bu baxımdan ölkə yollarında özünü doğrultmuş bir neçə aparıcı avtomobil modeli öne çıxır.
“Yeni Sabah”ın araşdırmasına əsasən, Cənubi Koreya istehsalı olan "Hyundai Accent" və "Kia Rio" modelləri dözümlülüyü və sadə mühərrik quruluşu ilə ikinci əl bazarında ən çox üstünlük verilən avtomobillərdəndir. 1.4 və 1.6 litrlik benzin mühərrikli bu modellər şəhər daxilində təxminən 7-8 litr yanacaq işlədir və ehtiyat hissələrinin qiyməti kifayət qədər ucuzdur. Usta tapmaq məsələsində də heç bir çətinlik yaşanmır, çünki ölkədəki demək olar ki, bütün avtoservislər bu avtomobillərin təmirini rahatlıqla həyata keçirir.
Hibrid texnologiyasına üstünlük verənlər üçün ikinci nəsil "Toyota Prius" əvəzsiz variant olaraq qalır. Şəhər daxilində yanacaq sərfiyyatını 4.5-5.5 litr arasında saxlayan bu model həm taksi fəaliyyətində, həm də şəxsi istifadədə kütləviləşib. "Prius"ların ehtiyat hissələri bazarda bol olduğuna görə qiymətlər mütənasib şəkildə aşağıdır və mühərrikilə bərabər asqı sistemi də yerli yol şəraitinə yaxşı davam gətirir. pizza sifarişi
Ailə maşını və ya nisbətən geniş salon axtaranlar üçün "Chevrolet Cruze", "Ravon R4" və "Chevrolet Gentra" modelləri seçimlər sırasındadır. "Cruze" modelinin xüsusilə 1.4 turbo və ya 1.8 litrlik versiyaları bazarda geniş yayılıb, ehtiyat hissələri ucuzdur, lakin soyutma sisteminə müntəzəm qulluq tələb edir. "Ravon" və "Chevrolet Cobalt" modelləri isə texniki baxımdan olduqca sadə mexanizmə malikdir və azxərcli olması ilə seçilir.
Kompakt şəhər avtomobili axtaranlar üçün "Nissan Tiida" və "Hyundai i20" kimi modellər də büdcəyə uyğun alternativ təşkil edir. Siyahıdakı avtomobillərin hər biri az yanacaq sərfiyyatı, rahat tapılan ucuz detal bazası və asan təmirlənmə özəllikləri ilə Azərbaycan şəraitində cibə ən dözümlü nəqliyyat vasitələri hesab olunur.
Nazim Hacıyev
Telegram kanalımız