Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Allahşükür Paşazadə professor oldu
08 Okt 2021 07:45
13229

Allahşükür Paşazadə professor oldu

Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, universitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.

Universitetin muzeyi ilə tanışlığın onda yüksək təəssürat oyatdığını söyləyən A.Paşazadə deyib: “Biz hamımız haqlı olaraq ortaq tariximizlə fəxr edə bilərik. Eyni zamanda, bizi bir-birimizə bağlayan kökləri heç vaxt unutmuruq. Bizim ən vacib vəzifəmiz ortaq dinimizi və dəyərlərimizi qorumaq, gələcək nəsillərə çatdırmaqdır”.

Türkdilli dövlətlər arasında birliyin möhkəmləndiyini söyləyən A.Paşazadə buna misal olaraq 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb. “Qazaxıstanın da qardaşlıq dəstəyi bizim üçün çox vacib idi”, - deyən QMİ sədri buna görə Qazaxıstan dövlətinə və qazax xalqına minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.

 

  • Asif Tagiyev
    Asif Tagiyev
    Qəribədir ?Kazaxlar müsəlman bu fars şiə dinində.
    2 months ago Cavab 0
  • Обычный Человек
    Обычный Человек
    АллахШукюр Пашазаде профессор??? Профессор чего???
    2 months ago Cavab 0
  • Bəhruz
    Bəhruz
    Qum, Sement Fəxri molla adları da alıbmı?
    2 months ago Cavab 0
  • Sahib
    Sahib
    Əgər o, professor sözünü düzgün yaza bilsə, mən təklif edəcəyəm ona tehran universitetinin akademiki adını versinlər. Xamaneyi də fitva verib ona ayətullah adı verməlidir
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər