DİQQƏT! Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə   CƏRİMƏLƏNƏCƏKLƏR

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə CƏRİMƏLƏNƏCƏKLƏR

Sosial

27 Oktyabr 2026 18:01 269


Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, sözügedən məsələ Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. pizza sifarişi

Belə ki, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Beləliklə, qeyd edilən qanun pozuntuları aşkarlandıqda 50 manat cərimə tətbiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!