Hörmüz boğazından keçən neft tankeri minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazından keçən neft tankeri minaya düşdü

Dünya

27 Oktyabr 2026 17:43 328


Daha bir neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb.

"Yeni Sabah" xəbər verir ki, İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində bir neft tankerinin dəniz minası ilə toqquşması nəticəsində zədələndiyini və yanğın baş verdiyini açıqlayıb.

Məlumata görə, bir neçə saat əvvəl izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidən keçməyə çalışan qayda pozuntusuna yol vermiş tanker dəniz minalarına toxunaraq zədələnib. pizza sifarişi

Bildirilib ki, Hörmüz boğazı qaydaları pozan və əvvəlcədən razılaşdırmadan keçməyə çalışan gəmilər üçün təhlükəlidir və bağlıdır.

Təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə zəruri koordinasiya aparılmalı olduğu vurğulanıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!