Alqı-satqı ilə bağlı VACİB QAYDA -   Bu sənədlər mütləq olmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Alqı-satqı ilə bağlı VACİB QAYDA - Bu sənədlər mütləq olmalıdır

İqtisadiyyat

26 Sentyabr 2026 10:49 386


Şirkətlər kontragent seçərkən yalnız müqavilə və elektron qaimə-fakturaya deyil, əməliyyatın faktiki icrasını təsdiqləyən sənədlərə də diqqət yetirməlidirlər.

"Yeni Sabah" xəbər verir ki, bizneslər üçün tövsiyə olunan qabaqlayıcı tədbirlər sırasında kontragentin vergi məlumatlarının yoxlanılması, malın təhvilini təsdiqləyən sənədlərin saxlanılması və xidmətlərin icrasına dair sübutların toplanması xüsusi əhəmiyyət daşıyır.

Sahibkarlar müqavilə bağlamazdan əvvəl qarşı tərəfin VÖEN-ini, hüquqi statusunu, fəaliyyət vəziyyətini və açıq mənbələrdə mövcud olan vergi məlumatlarını yoxlamalıdırlar. Elektron qaimə-faktura sistemində risk xəbərdarlıqlarına da diqqət yetirilməsi tövsiyə olunur. pizza

Mal alqı-satqısı zamanı təhvil-təslim aktları, anbar sənədləri, yük və logistika sənədləri saxlanılmalıdır. Ödənişlərin bank vasitəsilə həyata keçirilməsi və ödəniş təyinatlarının müqavilə münasibətinə uyğun yazılması da vacib məsələlərdəndir.

Xidmət göstərən şirkətlər isə görülən işin nəticəsini təsdiqləyən hesabatları, aktları və yazışmaları qoruyub saxlamalıdırlar. Subpodratçı cəlb edildikdə əsas müqavilə, subpodrat münasibəti və faktiki icra bir-birinə uyğun sənədləşdirilməlidir.

Böyük və qeyri-adi əməliyyatlar üzrə vergi və hüquq funksiyalarının müqavilə bağlanmazdan əvvəl prosesə cəlb edilməsi də şirkətin hüquqi mövqeyini gücləndirə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!